...

Amsterdamda Cənubi Qafqazın nüfuzlu KİV rəhbərlərinin görüşü keçirilir

Cəmiyyət Materials 27 Mart 2006 12:15 (UTC +04:00)

Trend bildirir ki, Amsterdamda Cənubi Qafqazın nüfuzlu KİV rəhbərlərinin görüşü keçirilir.

Forum KİV müxtəlifliyi İnstitutunun (Media Diversity Institute) təşəbbüsü ilə keçirilir. Burada Azərbaycan, Ermənistan və Gürcüstanın televiziya, radio, qəzet və informasiya agentliklərinin rəhbərləri və nümayəndələri iştirak edir.

Bakı Trend , "Turan" agentlikləri, "Zerkalo" qəzeti, İctimai televiziya, "Antenn" radiosu, Bakı mətbuat klubu və digər KİV rəhbərləri ilə təmsil olunub.

Konfransın işində həmçinin Hollandiyanın KİV, bir sıra təşkilat və XİN-in nümayəndələri iştirak edir.

Konfrans üç gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti