...

Səhiyyə naziri Qan Bankının direktorunu vəzifəsindən kənarlaşdırıb

Cəmiyyət Materials 4 Aprel 2006 16:24 (UTC +04:00)

Aprelin 3-də Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev talassemiyalı xəstələrdən daxil olan şikayətlərə baxaraq bildirib ki, son 4 aya qədər sosial yönümlü xəstələrin müalicəsi qeyri-formal şəkildə, daha doğrusu, humanitar yollarla həyata keçirilir. Trend in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin aprelin 4-də yayılan press-relizində bildirilir.

Son aylar ərzində sosial yönümlü xəstələrin müalicəsi üçün bir sıra dövlət proqramları hazırlanıb. Onlardan 2-si talassemiya və gemofiliyalı xəstələrə aiddir. Hazırda bu dövlət proqramlarının həyata keçirilməsi üçün tədbirlər planı hlazırlanır.

Aprelin 4-də nazirlikdə geniş tərkibdə iclas keçirilib və burada bu məsələlər səlahiyyətli şəxslərlə müzakirə edilib. İclasda O.Şirəliyev talassemiya və hemofliyalı xəstələrin qanlarını analiz etmək üçün PCR aparatının (QİÇS, Hepatit S və digər virusları aşkar edən aparat) alınması üçün sərəncam verib.

Bundan əlavə, iclasda səhiyyə naziri Gematologiya İnstitutunun direktoruna qan bankının direktoru Namiq Qayıbovu işdə verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırmaq barədə sərəncam verib.

Xəbər lenti

Xəbər lenti