...

Azərbaycanın Səhiyyə Nazirliyi Oğuzda xəstəxana tikir

Cəmiyyət Materials 5 Aprel 2006 13:33 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi Oğuzda yeni xəstəxana tikmək niyyətindədir. Trend in xəbər verdiyi kimi, nazirlik dövlət büdcəsindən ayrılmış vəsaitlə Oğuzda 80 çarpayılıq xəstəxananın tikintisi üzrə tender elan edib.

Maraqlanan şəxslərin təklifləri mayın 1-dək qəbul olunacaq. Tenderdə iştirak etmək üçün 400 AZN ödəmək lazımdır. Tender təklifləri paketi mayın 2-də nazirlikdə açılacaq.

Nazirlik Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı Proqramı çərçivəsində 25 tibb müəssisəsində tikinti, təmir-bərpa işləri həyata keçirmək niyyətindədir. Bütün respublika üzrə 19 tibb müəssisəsinin tikintisi və maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər həyata keçiriləcək. İlin sonunadək Zabrat qəsəbəsində 25 çarpayılıq xəstəxananın tikintisinin başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti