...

Xələf Xələfov: Almanyiadakı Azərbaycan diasporu ölkəmiz haqqında həqiqətləri dünyaya çatdıra bilər

Cəmiyyət Materials 5 Aprel 2006 17:24 (UTC +04:00)

Almanyiada təşkilatlanmış Azərbaycanı diasporu Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilər. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bu ölkəyə səfəri çərçivəsində görüşdüyü Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşü zamanı bəyan edib.

Diplomat Azərbaycan diasporunun xaricdə Azərbaycanın mənəvi dəyərlərinin və mədəniyyətinin təbliğində əvəzsiz rolunu qeyd edib. X.Xələfov diasporun nümayəndələrini Azərbaycanda gedən siyasi proseslər, ölkədə aparılan islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yolları, eləcə də bu istiqamətdə beynəlxalq təşkilatlarda səylərin gücləndirilməsi barədə məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti