...

Azərbaycanın təhsil naziri kitabxanaların ləğv edilməsinə qarşı çıxış edir

Cəmiyyət Materials 5 Aprel 2006 18:06 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov kitabxanaların ləğv edilməsinə qarşı çıxış edir. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə nazirin özü bildirib.

Cəmiyyətin maariflənməsində kitabxanaların rolunu qeyd edən nazir bəyan edib ki, bu gün kitabxanaların latın əlifbası ilə yazılmış kitablarla təmin olunması problemi tamamilə həll olunub. Hazırda nazirlik "Məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi" üzrə xüsusi dövlət Proqramı üzərində işləyir.

Proqramda məktəb kitabxanalarının maddi-texniki bazasının gücləndirilməsi, burada müasir informasiya texnologiyalarının tətbiqi, ixtisaslı kadrların hazırlanması və s. nəzərdə tutulur. M.Mərdanovun sözlərinə görə, proqramın layihəsi baxılmaq üçün hökumət və digər müvafiq qurumlara təqdim olunacaq. Proqramın dövlət hesabına mailyyələşdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti