...

Asiya İnkişaf Bankı Azərbaycanın texniki peşə məktəbləri üçün vəsait ayırmağa hazırdır

Cəmiyyət Materials 13 Aprel 2006 16:57 (UTC +04:00)

Asiya İnkişaf bankı Azərbaycanda texniki peşə məktəblərinin inkişafı üçün vəsait ayırmağa hazırdır.Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, bu barədə bankın nümaynədəsi Volfanq Kubitski təhsil naziri Misir Mərdanovla görüşündə bəyan edib.

O, AİB-in bu istiqamətdə konkret tədbirlər görmək niyyəti barədə bildirib və gələcək proqram haqqında memorandumun layihəsini nazirə təqdim edib.

M.Mərdanov yaxın vaxtlarda sənədi Azərbaycan hökumətinə təqdim edəcəyinə və AİB rəhbərliyinə cavab verəcəyinə söz verib.

Xəbər lenti

Xəbər lenti