...

Şəhriyar Məmmədyarov İspaniyada keçiriləcək festival iştirakçıları arasında 3-cü reytinqə malikdir

Cəmiyyət Materials 14 Aprel 2006 15:42 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov aprelin 14-də San-Sebastyanda start veriləcək "Iilla Canada de Calatrava" beynəlxalq festivalının favoritlərindən biridir.

Trend in xəbər verdiyi kimi, gənclər arasında dünya birinciliyinin ikiqat qalibi iştirakçılar arasında 3-cü mövqedə qərarlaşıb. O, yalnız rusiyalı Aleksandr Qrişuk və fransalı Etyen Bakrodan geridə qalır. Bununla yanaşı, o, festvialda iştirak edəcək Aleksey Şirov, hindistanlı Pental Harikrişna, rusiyalı Aleksandr Dreyev, ispan Fransisko Valyexo, ukraynalı Andrey Volokitin və digər şahmatçılardan irəlidədir.

Qeyd etmək lazımdır ki, Azərbaycanı yarışda, həmçinin, Fərhad Tahirov, Namiq Quliyev və Rəsul İbrahimov da təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti