...

Türkiyə Azərbaycanla səhiyyə sahəsində əməkdaşlıqda maraqlıdır

Cəmiyyət Materials 17 Aprel 2006 12:36 (UTC +04:00)

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Türkiyə Sənaye və İş Adamları Birliyinin sədri Ieli Sarıtoprak, Türkiyə Səhiyyə Sektorunun sədri Metin Demir və digər qonaqlarla görüşüb. Bu barədə Trend ə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüş zamanı qonaqlar Oqtay Şirəliyevə səhiyyə naziri təyin olunduğu gündən Azərbaycanın səhiyyə sahəsində görülən işlərdən söz açıb. Qonaqlar Azərbaycanla səhiyyə sahəsində daha sıx əməkdaşlıq etmək arzusunda olduqlarını bildirib və müəyyən təkliflər irəli sürüblər.

Oqtay Şirəliyev Türkiyə tərəfi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, təkliflərin maraqlı olduğunu söyləyib.

"Azərbaycanda çox böyük uğurla fəaliyyət göstərən özəl türk kilnikaları var. Amma bu münasibətlər 2 ölkənin Səhiyyə Nazirlikləri səviyyəsində qurulsa, daha yaxşı olar", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti