Türkiyənin "Kayserispor" klubu "Neftçi"nin yarımmüdafiəçisi Zaur Təğızadənin alınması mümkünlüyünü nəzərdən keçirir.
Trend agentliyinin məlumatına əsasən, futbolçu zədə ilə əlaqədar uzun müddət oynamasa da, UEFA zonasında yer uğrunda mübarizə aparan komandanın rəhbərliyi Z.Tağızadəni almaq istədiyini gizlətmir. Klubun məşqçisi Ertoqrul Saqlam bəyan edib ki, yaxın perspektivdə komandanı gücləndirə biləcək bir sıra azərbaycanlı oyunçunu nəzərdən keçirir. Qeyd etmək lazımdır ki, mövsümün birinci yarısında ölkə yığmasının kapitanı Rəşad Sadıqov da çempionatın sonunadək "Neftçi" tərəfindən "Kayserispor"a verilib.
İlin əvvəlində qasığında əməliyyat aparılmış Tağızadə bu yaxınlarda "Neftçi"dəki çıxışlarını bərpa edib.