...

Hakimliyə sənəd verənlərin hüquqşünas kimi minimum 5 il iş stajı olmalıdır

Cəmiyyət Materials 20 Aprel 2006 14:49 (UTC +04:00)

Hakim olmaq üçün növbəti imtahanlarda iştirak etmək istəyən hüquqşünasların bu sahədə minimum 5 il iş stajı olmalıdır. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.

İ.Nağıyevin sözlərinə görə, həmçinin Azərbaycan vətəndaşı olmayan və yaşı 30-dan aşağı olan şəxslərin imtahanlarda iştirakına qanunla yol verilmir. Müvafiq sənədləri təqdim edən vətəndaşlar vakant hakim yerlərinə namizəd kimi yaxın iki ay ərzində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak etmək imkanına yiyələnəcəklər. İlk imtahan test üsulu ilə keçiriləcək. Sənəd qəbulunun elanından sonra Hakimlərin Seçki Komitəsi ilə Məhkəmə Hüquq Şurası imtahanlarla bağlı texniki məsələləri müzakirə etməyə başlayıb.

Azərbaycan hökuməti imtahanlarda Avropa Şurası müşahidəçilərinin və ekspertlərinin, o cümlədən digər beynəlxalq təşkilatların nümayəndələrinin müşahidəçi qismində iştirak etməsini də təmin edəcək.

Qeyd edək ki, ölkə başçısnıın müvafiq fərmanının icrası zamanı əlavə hakim ştatlarının açılması məsələsi də ortalığa çıxıb. Bu səbəbdən də artıq vakant hakim yerlərinin sayı 100-ü ötüb.

Xəbər lenti

Xəbər lenti