...

Böyük Britaniyada ilk Azərbaycan məktəbi açılır

Cəmiyyət Materials 20 Aprel 2006 20:41 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, aprelin 22-də Böyük Britaniyada "Kaspian Xəzri" adlanan ilk Azərbaycan məkətəbinin açılış mərasimi keçiriləcək.

Məktəb yaşından asılı olmayaraq bütün maraqlananlar üçün açıq olacaq. Dərslər şənbə günləri keçiriləck və tələbələr üçün pulsuz olacaq. İlkin mərhələdə məktəb təsisçılərin vəsaiti hesabına fəaliyyət göstərəcək.

Məktəbin təşkilatçısı Londondakı "Bilik" rus məktəbində dərs deyən Simuzər Baloğlanovadır. Onun dediklərinə görə, bu məktəbdə oxumaq arzusunu xüsusilə Cənubi Azərbaycanlılar bildirir. Artıq 40 ərizə daxil olub.

Dərslər Böyük Britaniyada yaşayan azərbaycanlı filoloqlar tərəfindən keçiləcək. Bundan əlavə, təlim və treninqlərin təşkili üçün Londona peşəkar pedaqoq Solmaz Qəniyeva dəvət olunub. Dərslər aprelin 29-da başlayacaq.

Londonda yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə yaradılan "Kaspian Xəzri" xeyriyyə təşkilatının məqsədlərindən biri də Böyük Britaniyada Azərbaycan icması tərəfindən ana dili, tarix və milli mədəniyyətin öyrənilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti