...

Türkiyə "erməni soyqırımı"nı əks etdirən abidələrlə bağlı Fransadan YUNESKO-ya şikayət edəcək

Cəmiyyət Materials 24 Aprel 2006 13:41 (UTC +04:00)

Türkiyə ermənilərin soyqırımını əks etdirən abidələrlə bağlı Fransadan YUNESKO-ya şikayətlə müraciət edəcək. Bu barədə Trend Türkiyə KİV-nə istinadən məlumat verir.

Şikayətə səbəb Paris və Lion ərazilərində ermənilərin soyqırımı ilə bağlı abidələrin ucaldılması olub. Hər iki abidə YUNESKO-nun dünya irsi Komitəsi tərəfindən "Dünyanın mədəni irsi" siyahısına daxil edilmiş ərazilərdə ucaldılıb.

Məsələn, Liondakı abidə 1998-ci ildə "dünya mədəni irsi"inin bir hissəsi elan olunmuş Antonin-Ponşet (Antonin-Poncet) tarixi meydanında yerləşir.

Məlumatda o da qeyd olunur ki, Parisi Ecyəd tarixi qalasının dağıdılmasında günahlandıran Suriya da Fransaya qarşı YUNESKO-ya şikayət verib.

Xəbər lenti

Xəbər lenti