Rusiya Çempionatının 6-cı turunda azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun təmsil olunduqları klub komandaları görüşüb. Trend in xəbər verdiyi kimi, Ş.Məmmədyarov Xarlovla qarşılaşmada qələbə qazanıb, T.Rəcəbov isə birinci lövhədə B.Gelfandla heç-heçə oynayıb. Beləliklə, bu iki komandanın görüşü 3:3 hesabla başa çatıb.
Xatırladaq ki, bu, 5 görüşdə Ş.Məmmədyarovun artıq sayca 3-cü qələbəsidir. T.Rəcəbov isə bütün partiyaları heç-heçə ilə başa vurub.