...

Azərbaycanın ağır atletika idmançıları Avropa çempionatına qoşulur

Cəmiyyət Materials 2 May 2006 15:01 (UTC +04:00)

Azərbaycanın ağır atletika üzrə yığması Avropa çempionatının keçiriləcəyi Tsetnevo şəhərinə (Polşa) yola düşüb.

Milli komandanın baş məşqçisi Avset Avsetovun Trend ə bildirdiyinə görə, komandanın yarışa gec qoşulmasının səbəbi idmançılarımızın yünğül çəki dərəcələrində təmsil olunmamasıdır. Yığmanın tərkibinə Əfqan Bayramov və Turan Mirzəyev (hər ikisi 69 kq), Zaur Abdullayev və Asif Mamedov (hər ikisi 77 kq), Əlibəy Səmədov və ikiqat dünya çempionı Nizami Paşayev (hər ikisi 94 kq), eləcə də Alan Naniyev (105 kq) daxildir.

Məşqçinin sözlərinə görə, idmançılar yaxşı fiziki formadadır və bu çempionatda medal qazanmağa iddia edə bilərlər.

Xəbər lenti

Xəbər lenti