...

Teymur Rəcəbov Turindəki Olimpiada ərəfəsində taym-aut götürüb

Cəmiyyət Materials 4 May 2006 13:52 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov mayın ortalarında Turində başlayacaq Ümumdünya Şahmat Olimpiadası ərəfəsində kiçik taym-aut götürməyi qərara alıb.

Milli Federasiyanın vitse-prezidenti Mahir Məmmədovun Trend ə verdiyi məlumata görə, Daqomısda Rusiyanın komanda çempionatından sonra idmançı "nəfəs almağa" qərar verərək mayın 4-də Bakıda başlayacaq "Prezident Kuboku" beynəlxalq festivalında çıxış etməyəcək. "Soçidəki çıxışlara qroysmeyster çox qüvvə sərf edib. Özü də Kazanın "Ladya" komandasının tərkibində oynayan Teymur birinci lövhədə ən yaxşı oyunçulardan olub və xalların sayına görə Vasili İvançuk və Boris Gelfandla bərabər olub. Ona görə də Bakıdakı festivaldakı çıxış Olimpiadaya hazırlıq baxımından Teymura xeeyir gətirə bilməz", - deyə M.Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti