...

Misir Mərdanov: "Özəl ali məktəblərin hüquqşünaslıq, beynəlxalq hüquq, tibb və tibbi biologiya fakültələrinə tələbə qəbulu aparılmayacaq"

Cəmiyyət Materials 5 May 2006 15:49 (UTC +04:00)

Bütün özəl ali məktəblərin hüquqşünaslıq, beynəlxalq hüquq, tibb və tibbi biologiya fakültələrinə tələbə qəbulu aparılmayacaq. Trend xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov mayın 5-də keçirdiyi mətbuat konfransında bildirib.

Nazir bunu həmin özəl ali məktəblərin bu ixtisasları hazırlamaq üçün maddi-texniki bazaya malik olmaması ilə əlaqələndirib: "Tibb ixtisası üzrə 3015, hüquq ixtisası üzrə 1793, beynəlxalq hüquq ixtisası üzrə isə1242 tələbə təhsil alır. Bu tələbələr öz təhsillərini davam etdirəcəklər. Lakin yeni tədris ilindən başlayaraq bu kimi ixtisaslara tələbə qəbulu aparılmayacaq".

M.Mərdanov onu da bildirib ki, tədrisdə baş verən pozuntular və profilinə uyğun olmayan kadrların hazırlanmasını nəzərə alaraq yeni tədris ilindən Azərbaycan Kooperasiya Universitetinə tələbə qəbulu dayandırılıb.

Xəbər lenti

Xəbər lenti