...

Azərbaycanın ağır atletika yığması Avropa çempionatının ümumi komanda hesabında 6-cı yerdə qərarlaşıb

Cəmiyyət Materials 8 May 2006 15:08 (UTC +04:00)

Azərbaycanın ağır atletika yığması Polşada başa çatmış Avropa çempionatının ümumi komanda hesabında 6-cı yeri tutub.

Trend in xəbər verdiyi kimi, Nizami Paşayevin (94 kq) qələbəsi və onun qızıl medalı Avset Avsetovun yetirmələrinə yarışın yekunları üzrə ən yaxşı kollektivlərin onluğuna düşməyə imkan verib. Qitə birinciliyindəki bu qələbə isə idmançının karyerasında ikinci uğurudur.

Turnir cədvəlində yerli ağırlıq qaldıranlarımız aktivində bir "qızıl" olan Gürcüstanı, o cümlədən Bolqarıstan, Yunanıstan, Macarıstan, Slovakiya və digər ölkələri geridə qoyur.

Ümumi komanda hesabında isə birinci yeri aktivində 9 qızıl, 2 gümüş və 3 bürünc medal olan belaruslar tutub.

Xəbər lenti

Xəbər lenti