...

Rauf Bünyadəliyev Avropa Bodibildinq Federasiyasının icraiyyə komitəsinə üzv seçilib

Cəmiyyət Materials 12 May 2006 19:53 (UTC +04:00)

Milli Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyadəliyev Bratislavada keçirilmiş hesabat-seçki konfransında Avropa Federasiyası icraiyyə komitəsinə üzv seçilib.

R.Bünyadəliyevin Trend ə verdiyi məlumata görə, o, 5 yerə 7 nəfərin namizədliyinin irəli sürüldüyü bodibildinq komitəsində vəzifə alıb. Yaxın vaxtlarda MBF prezidentinin yeni postda vəzifələri müəyyən olunacaq. Ancaq artıq məlumdur ki, Azərbaycan nüfuzlu təşkilatın icraiyyə komitəsində səs qazanıb.

Vüqar Verdiyevin 6-cı yerdə qərarlaşdığı Avropa çempionatına gəlincə, R.Bünyadəliyev vurğulayıb ki, idmançı final beşliyə düşə bilməsə də, özünü yaxşı göstərib və onun qarşısında gözəl perspektivlər açılır.

Xəbər lenti

Xəbər lenti