Teymur Rəcəbov və Veselin Topalov arasında şahmat üzrə dünya çempionu adı uğrunda görüşü illüziya hesab etmək düzgün deyil. Belə hallarda hər şey hər iki tərəfin iradəsindən asılıdır". Bu barədə gənclər və idman naziri Azad Rəhimov nazirlik, Azərbaycan Şahmat Federasiyası və bolqarıstanlı qrossmeysterin nümayəndələri arasında müvafiq memorandumun imzalanması prosesini şərh edərkən bəyan edib.
Trend in "64" portalına istinadən xəbər verdiyi kimi, nazir qeyd edib ki, başa çatmış danışıqlarda bir çox şey hər iki tərəfin iradəsindən asılı olub. "Hər iki tərəfin təkcə arzusu yox, həm də möhkəm iradəsi var. Biz belə oyunun keçirilməsi üçün müvafiq imkanlara malikik. İlk növbədə isə məsələ həll olunub", - deyə nazir nəzərə çatdırıb.
Qeyd etmək lazımdır ki, oyun təxminən gələn ilin aprelində Bakıda keçiriləcək, ölkəyə səfərinədək isə V.Topalov Vladimir Kramniklə dünya çempionu adı uğrunda birləşdirici görüş keçirəcək.