...

İnsan alverçisi Türkiyədə həbs edilib

Cəmiyyət Materials 19 May 2006 12:53 (UTC +04:00)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnsan Alverinə Qarşı Mübarizə Şöbəsinin əməkdaşları Türkiyə Respublikasında insan alveri ilə məşğul olan azərbaycanlı qadını həbs ediblər. Bu barədə Trend ə İnsan Alverinə Qarşı Mübarizə Şöbəsindən məlumat verilib.

1975-ci il təvəllüdlü Sevinc Yadigar qızı Feyzullayeva barədə şöbəyə fahişəliyə cəlb olunmuş və insan alverinin qurbanına çevrilmiş qadınlar tərəfindən məlumat verilib. Əməlliyyat məlumatları toplanarkən məlum olub ki, S.Feyzullayeva hazırda Türkiyədə öz əməllərini davam etdirir.

S.Feyzullayeva barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə (fahişəliyə cəlb etmə) cinayət işi qaldırılıb və o, əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyənin Urfa şəhərində yaxalanıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması ilə əlaqədar müvafiq sənədlər hazırlanır.

Xəbər lenti

Xəbər lenti