Azərbaycanlı boksçu Əli İsmayılov peşəkar rinqdə növbəti dəfə qələbə qazanıb.
Trend in xəbər verdiyi kimi, Sankt-Peterburqda keçirilmiş reytinq görüşündə idmançımız 4-cü raundda texniki nokautla Rauf Babayev üzərində qələbə qazanıb. 5-ci raunddan əvvəl Əlinin rəqibi döyüşü davam etdirməkdən imtina edib. O, Azərbaycan yığmasının keçmiş kapitanının üstünlüyünü etiraf edib. Beləliklə, beşinci görüşdə də qələbə qazanan boksçu rusiyalı Vadim Tokarevlə revanş oyunu haqqında düşünür.
Eyni zamanda digər həmvətənimiz yüngül çəki kateqoriyasında çıxış edən Azad Əzizov TWBA kəməri uğrunda titul döyüşündə 9-cu raundda nokautla Pedro Verdunu məğlub edib.