CITES-in (İtmək təhlükəsi altında olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti Konvensiyası) qara kürünün ixracına qoyulan qadağa ilə bağlı mövqeyi qeyri-obyektivdir. Trend in verdiyi məlumata görə, Azərbaycanın ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov bu fikirdədir.
Onun sözlərinə görə, Nazirliyin mütəxəssisləri CITES-lə danışıqlar aparırlar və Azərbaycan bu qərarı yalnız onun bütün ölkələrə eyni dərəcədə yayılacağı halda qəbul edəcək.
"Bu cür absurd qərarlar heç bir halda nərə balıqlarının müdafiəsinə xidmət etmir", - deyə Nazirliyin rəhbəri bildirib.
CITES-in qərarı ilə 4 Xəzəryanı dövlətə - Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyaya qara kürünün ixracına qoyulan qadağanın müddəti uzadılıb. Təkcə İrana ildə 45 ton nərə kürüsü ixrac etməyə icazə verilir.