...

ATƏT-in milli azlıqlar üzrə komissarı Azərbaycana gələcək

Cəmiyyət Materials 1 İyun 2006 12:20 (UTC +04:00)

ATƏT-in milli azlıqlar üzrə komissarı Azərbaycana gələcək. Bu barədə Trend ə Milli Məclisin insan hüquqları daimi komissiyasından bildiriblər.

Qeyd olunub ki, səfərdə məqsəd Azərbaycanda milli azlıqlarla bağlı vəziyyətlə tanış olmaqdır. ATƏT-in fevral ayında Vyanada keçirilən I qış sessiyasında MM-in adıçəkilən komissiyasının sədri Rəbiyyət Aslanova bu təkliflə çıxış edib. ATƏT-in milli azlıqlar üzrə komissarı dəvəti qəbul etmişdi. O da bildirilib ki, əgər səfər yaxın vaxtlarla reallaşmasa, R.Aslanova qurumun iyul sessiyasında məsələ yenidən qaldıracaq.

Komissiyadan onu da bildiriblər ki, Azərbaycanda insan haqlarının qorunması ilə bağlı problem yoxdur. Bəzi QHT rəhbərlərinin müxtəlif beynəlxalq təşkilatlara Azərbaycanda guya insan haqlarının pozulduğu ilə bağlı etdikləri müraciətlərin heç bir əsası yoxdur. Elə ona görə də ATƏT-in komissarını Azərbaycana dəvət edilib ki, məsələ ilə yerindəcə tanış olsun.

Xəbər lenti

Xəbər lenti