...

AFFA Avropa kubokunda iştirak etmək üçün vaxtında ərizə verə biləcək

Cəmiyyət Materials 3 İyun 2006 13:43 (UTC +04:00)

Azərbaycanda futbol mövsümünün gec başa çatdığına baxmayaraq, AFFA Avropa kubokunda iştirak etmək üçün UEFA-ya ərizəsini çatdıracaq.

Assosiasiyanın Yarışların Keçirilməsi Departament rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata əsasən, Avropa Futbol İttifaqı iyunun ortalarınadək beynəlxalq turnirlərdə iştirak etmək istəyən klubların sənədlərini qəbul edəcək. "Mövsüm iyunun 3-də başa çatacaq və biz Azərbaycanı Avropa kubokunda təmsil edəcək klubların adlarını yayda biləcəyik. Buna görə ərizələrin qeydiyyatı vaxtında keçiriləcək" - deyə M,Həsənov qeyd edib.

Xatırladaq ki, gənc yığmanın matçlar qrafikının sıxlığı üzündən AFFA təqvimə dəyişiklər etməyə məcbur olub.

Xəbər lenti

Xəbər lenti