...

47 azərbaycanlı Türkiyə ali təhsil müəssisələrinin tələbəsi olub

Cəmiyyət Materials 5 İyun 2006 16:54 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, 1840 nəfər azərbaycanlı abituriyentdən 47-si Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanların nəticələri üzrə Türkiyənin nüfuzlu universitetlərinin tələbəsi olub.

İmtahanlar Bakı və Naxçıvanda türk liseylərinin müəllimləri və türkiyəli ekspertlərin nəzarəti altında keçirilib. Tələb olunan balı toplamış abituriyentlər müsabiqədən keçməlidir.

Xatırladaq ki, Türkiyə universitetlərinə daxil olmuş abituriyentlər Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək hüququnu itirir.

Xəbər lenti

Xəbər lenti