...

Uşaq Hüquqları üzrə QHT Alyansı: Bakıda uşaq pornoqrafiyası ilə məşğul olan studiyalar mövcuddur

Cəmiyyət Materials 5 İyun 2006 17:18 (UTC +04:00)

Bakıda uşaq pornoqrafiyası ilə məşğul olan studiyalar mövcuddur. Bu barədə Trend ə Uşaq Hüquqları üzrə QHT Alyansının Azərbaycan üzrə milli koordinatoru Nabil Seyidov məlumat verib.

N.Seyidovun sözlərinə görə, belə faktlar Alyans tərəfindən aparılmış monitorinqlər zamanı aşkar edilib və faktlar müvafiq tədbirlər görülməsi üçün Daxili İşlər Nazirliyinə təqdim olunub.

"Uşaq pornoqrafiyasının yayılması ilə bağlı məsələ ilk dəfə 2005-ci ildə qaldırılıb. Tərəfimizdən keçirilən monitorinq nəticəsində müəyyən edilib ki, küçə uşaqlarının bir qismi mütəmadi olaraq uşaq pornoqrafiyasına cəlb olunur. Belə studiyaların Bakıda fəaliyyət göstərməsi də təsdiqlənib. O da bəlli olub ki, bəzi hallarda azyaşlılar belə filmlərə çəkilmək üçün valideynləri tərəfindən bu bizneslə məşğul olan ayrı-ayrı şəxslərə satılırlar" - deyə N.Seyidov qeyd edib.

N.Seyidov onu da söyləyib ki, bu problemin qarşısını almaq üçün artıq Azərbaycan hökumətinə təklif və tövsiyələr paketi də təqdim olunub. "Təqdim etdiyimiz təkliflər Azərbaycanda cinsi istismar, cinsi zorakılıq və uşaq pornoqrafiyasının qarşısının alınması ilə bağlı nümunəvi milli fəaliyyət planının hazırlanmasına bir dəstəkdir. Proqram aidiyyəti nazirliklərə, dövlət komitələrinə və Nazirlər Kabinetinə göndərilib" - deyə N.Seyidov söyləyib.

Xəbər lenti

Xəbər lenti