...

Futbol üzrə Azərbaycan çempionatı iştirakçılarının say tərkibi yeni mövsümdə dəyişilməyəcək

Cəmiyyət Materials 10 İyun 2006 12:10 (UTC +04:00)

Futbol üzrə Azərbaycan çempionatı iştirakçılarının say tərkibi yeni mövsümdə dəyişilməyəcək.

AFFA-nın Yarışların keçirilməsi üzrə Departamentinin başçısı Məlik Həsənovun Trend ə verdiyi xəbərə görə, yarışın reqlamentinə əsasən, gələn birincilikdə medal uğrunda mübarizədə on dörd kollektiv iştirak edəcək. M.Həsənov bildirib: "MOİK" və "Göyəzən" güclülər sinfini tərk edəcək, onların yerini isə birinci liqada qələbəni bayram edən iki klub tutacaq. Bununla belə, sonuncu çempionatın bu yaxınlarda bitdiyini nəzərə alaraq, indi qarşıdan gələn respublika çempionatının təfərrüatlarından danışmaq hələ tezdir".

Həmçinin o hesab edir ki, on dörd klub Daxili birinciliyin Yüksək liqası üçün daha optimal saydır.

Xəbər lenti

Xəbər lenti