...

İstehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar treninqlər keçirilir

Cəmiyyət Materials 13 İyun 2006 13:44 (UTC +04:00)

Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyasının (AK) dəstəklədiyi "İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbirləri və istehlakçılar üçün məsləhət mərkəzləri, vasitəçilik xidmətləri göstərməklə ədalət məhkəməsinə yetərliyin yaxşılaşdırılması" layihəsini həyata keçirməyə başlayıb. Trend xəbər verir ki, bu barədə iyunun 13-də AİB sədri Eyyub Hüseynov keçirdiyi mətbuat konfransında məlumat verib.

E.Hüseynov bildirib ki, layihə çərçivəsində Avropa Birliyinin ekspertləri Azərbaycana gələrək dövlət, hökumət qurumları və parlament nümayəndələri ilə görüşlər keçiriblər.

Hazırda layihənin əlaqələndirici və ekspertləri AİB-in 6 rayon ofisinin 12 vasitəçilik və məsləhət xidməti göstərən üzvləri, istehlakçı hüquqlarını qorumağa məsul olan dövlət orqanlarının nümayəndələri ilə 3 günlük treninqlər keçirirlər.

Artıq Bakı, Gəncə, Tovuz, Lənkəran, Quba və Sumqayıt nümayəndələri üçün vasitəçilik və məsləhətə dair kurslar da keçirilib.

"Dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda istehlakçı-istehsalçı mübadiləsi mövcuddur. İstehlakçı siyasəti formalaşmış ölkələrdə mübahisələr rahat həll edilir. Lakin təəssüf ki, hələlik bizdə bu sahədə problemlər qalmaqdadır. Layihənin məqsədi də istehlakçıların hüquqlarının daha mükəmməl qorunmasını təmin etməkdir" - deyə E.Hüseynov söyləyib.

Xəbər lenti

Xəbər lenti