...

UEFA müfəttişi Asim Xudiyev gələn mövsümdə ilk təyinatını alıb

Cəmiyyət Materials 13 İyun 2006 16:45 (UTC +04:00)

UEFA müfəttişi Asim Xudiyev Avropa kubokunun gələn mövsümündə Avropa Futbol İttifaqından ilk təyinatını alıb.

A.Xudiyevin Trend ə verdiyi məlumata görə, İntertoto Kubokunun iyunun 15-də Qazaxıstanda keçiriləcək Karaqandanın "Şaxtyor" klubu və Minsk şəhərinin "MTZ-RİPO" klubu arasında birinci dairənin oyununa xidmət etmək ona həvalə olunub. Bu zaman FİFA-nın təcrübəli hakimi Conni Ver Ekkenin başçılığı altında Belçikanın arbitrlər briqadası görüşə hakimlik edəcək. Mütəxəssislər komandaların şansını bərabər qiymətləndirirlər, lakin Belarusiya nümayəndələrinə bir qədər çox üstünlük verilir.

Maraqlıdır ki, UEFA ötən mövsümdə A.Xudiyevə Çempionlar liqasının ikinci raundunun "Dinamo" (Kiyev) -"Tyun" (İsveçrə) arasında ilk oyununu, 2006-cı il Dünya çempionatının Gürcüstan və Ukrayna arasında olan seçim qarşılaşmasını və bir çox digər görüşləri etibar edib.

Xəbər lenti

Xəbər lenti