...

Azərbaycan və Gürcüstanın qadınlardan ibarət cüdo yığmaları Avropa çempionatına hazırlaşır

Cəmiyyət Materials 14 İyun 2006 16:50 (UTC +04:00)

Azərbaycan və Gürcüstan yığmaları Macarıstanda qadınlar arasında keçiriləcək cüdo üzrə Avropa Çempionatına birgə hazırlaşır. Gürcüstan yığmasının baş məşqçisi Qoderdzi Vəlicanaşvilinin Trend in Tiflisdəki xüsusi müxbirinə verdiyi məlumata görə, hazırlıq Laqodexidə (Gürcüstan)Cüdo üzrə idman kompleksində keçirilir.

Hər yığmadan 10 idmançı hazırlıq keçir. Gürcüstandan 6, Azərbaycandan isə 4 nəfər çempionatda iştirak edəcək.

Azərbaycan yığmasının baş məşqçisi Ələkbər Ələkbərovun Trend ə verdiyi məlumata görə, belə toplanışlar idmançılara Avropa çempionatı kimi mühüm yarışlara hazırlaşmağa imkan verir. Çempionat iyunun 23-25-də Macarıstanda keçiriləcək.

Hər iki ölkənin yığmaları bazar gününədək Laqodexidə olacaq, iyunun 21-də isə Budapeştə yola düşəcək. Qoderdzi Vəlicanaşvili və Ələkbər Ələkbərov idmançıların medal qazanacağına ümid bəsləyir.

Xəbər lenti

Xəbər lenti