...

UEFA Azərbaycan klublarını lisenziyalaşdırır

Cəmiyyət Materials 14 İyun 2006 16:53 (UTC +04:00)

AFFA gələn mövsüm üçün Azərbaycan klublarının lisenziyalaşdırılması üzrə UEFA-ya sənədlər paketini təqdim edib.

Assosiasiyanın baş katibi Fuad Əsədov qeyd edib ki, bu məsələ üzrə komandalarda heç bir problem yaranmamalıdır, çünki ötən il onlar artıq yoxlamadan keçiblər. Həm də bu yaxınlarda UEFA İntertoto Kubokunun oyunlarını doğma İmişli rayonunda keçirmək üçün "MKT-Araz" klubunaicazə verib. Bu da bir daha sübut edir ki, klublar öz infrastrukturlarının sahmana salınması ilə ciddi şəkildə məşğul olublar. "Düşünürəm ki, klublarımız lisenziya alacaqlar, axı son vaxtlar nəinki milli çempionatın səviyyəsi artıb, həm də bəzi komandaların maliyyə vəziyyəti də sabitləşib", - deyə F.Əsədov vurğulayıb.

Xatırladaq ki, UEFA-nın yeni qaydasına əsasən, klublar hər il öz cari vəziyyətləri və maliyyə şəraitləri haqqında hesabat verməlidirlər.

Xəbər lenti

Xəbər lenti