...

Ekspertlər MDB dövlətləri mədəni əməkdaşlıq Şurasının Bakıda keçiriləcək iclasının gündəliyini hazırlayacaqlar

Cəmiyyət Materials 14 İyun 2006 18:38 (UTC +04:00)

İyunun 20-22-də Minskdə MDB dövlətlərinin mədəni siyasət üzrə İşçi qrupunun iclası keçiriləcək. Bu barədə Trend ə MDB-nin İcra komitəsindən bildiriblər.

Ekspertlər iyunun 27-də Bakıda keçiriləcək MDB dövlətləri mədəni əməkdaşlıq Şurası iclasının gündəliyini hazırlamalıdırlar.

Bu günlərdə Minskdə MDB dövlətləri mədəniyyətinin qanunvericilik təminatının müqayisəli təhlilinin öyrənilməsi üzrə işçi qrupunun iclası da keçiriləcək.

İyunun 27-də Bakıda MDB dövlətləri mədəni əməkdaşlıq Şurasının növbəti iclası olacaq. Bu barədə Trend ə MDB-nin İcra komitəsindən xəbər veriblər.

MDB dövlətləri Mədəniyyət nazirləri səviyyəsində keçiriləcək iclasda mədəni əməkdaşlığın inkişaf prespektivləri, mədəni irsin və müəllif hüquqlarının qorunması və s. məsələlər müzakirə olunacaq. İclasın gündəliyi Şura ekspertlərinin gələcək görüşündə hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti