...

Rusiya xarici işlər nazirinin keçmiş müşaviri Vsevolod Maryanın bəyanatı təxribatdır

Cəmiyyət Materials 16 İyun 2006 20:51 (UTC +04:00)

1999-2001-ci illərdə Rusiyanın xarici işlər nazirinin millətlərin işləri üzrə müşaviri olmuş Vsevolod Maryanın bəyanatı birinci növbədə Rusiyanın özünə qarşı yönəldilmiş əsil təxribat idi. Bu barədə Trend agentliyinin Moskvadakı xüsusi müxbirnə "Azerros"un prezidenti Söyün Sadıqov bildirib.

V.Maryan bəyan edib ki, hər il Rusiyadakı Azərbaycan qruplaşmaları ermənilərin qətli üçün $50 mln. ayırır. Keçmiş müşavirin sözlərinə görə, milli zəmində baş verən cinayətlərin əsası SSRİ-nin dağılmasından sonra başlanıb.

S.Sadıqov bu bəyanatları Rusiyanın özünə və bu ölkədə onsuz da gərgin olan millətlərarası münasibətlərin qızışdırılmasına yönəldilmiş təxribat adlandırıb.

"Əfsuslar olsun ki, Rusiyada Jirinovski, Zatulin, Kazimirov kimi bir sıra belə təxribatçı siyasətçilər var ki, onlar qonşu ölkələrlə, o cümlədən, Azərbaycanla dostluq münasibətlərini pozmağa məmnuniyyətlə hazıdır" - deyə S.Sadıqov bildirib.

O, Rusiyada mafioz Azərbaycan qruplaşmalarının fəaliyyət göstərməsi barədə iddia ilə də razılaşmayaraq deyib ki, Rusiyada kriminal deyil, iqtisadi maraqlar ətrafında birləşən çoxsaylı və milli tərkibinə görə qarışıq iş adamlarından ibarət qruplar var.

"Rusiyada təxminən 160 millət yaşayır və biz öz nizamnaməmizə azərbaycanlıların gəlmə deyil, yerli əhali olması barədə müddəa daxil etdik. Misal üçün, Dərbənd Azərbaycan şəhəri olaraq qalıb və yalnız Xruşovun vaxtında o Dağıstanın tərkibinə daxil edilib. Təəsüf ki, Rusiyada Azərbaycana viza rejimini tətbiq etməyi, azərbaycanlıların iqtisadi imkanlarını məhdudlaşdırmağı təklif edən müəyyən siysi qüvvələr var. Aydındır ki, bütün bu bəyanatlar yalnız düşmənçilik salmağa yönəldilib. Buna görə biz rus milli-vətənpərvər təşkilatlarına həqiqəti izah etmək üçün tədbirlərimizə dəvət edirik" - deyə o vurğulayıb.

S.Sadıqovun dediklərinə görə, azərbaycanlıların əksəriyyəti çörəkpulunu ağır zəhmətlə qazanır və onları Rusiyanın iqtisadiyyatını talan edən mafiozlar adlındırmaq sadəcə absurddur" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti