...

Qolkiper Dmitri Kramarenko "Terek" klubuna keçib

Cəmiyyət Materials 19 İyun 2006 16:01 (UTC +04:00)

"Karvan" klubunun qolkiperi Dmitri Kramarenko gələn mövsümü birinci Rusiya divizionu "Terek"də keçirəcək.

Trend in verdiyi xəbərə görə, qapıçının yevlaxlılarla bağladığı müqavilənin vaxtı bitib və bundan sonra o, güclülər sinfinə çıxmağa namizəd - Qroznı şəhərindən gələn təklifi qəbul etməyi qərara alıb. D.Kramarenko artıq öz yeni klubunun rəhbərliyi ilə müqavilənin bağlanması mövzusunda danışıqlar aparmaq üçün klubda olub. Ehtimal olunur ki, vaxtı ilə Moskvanın "Dinamo", "Torpedo", MOİK, "Alaniya" və "Baltika" komandalarında çıxış edən qolkiper yaxın günlərdə "Terek" komandası ilə ilyarımlıq saziş imzalayacaq və Rusiya premyer-liqasına vəsiqə uğrunda mübarizədə kollektivin əsas fiquru olacaq.

Maraqlıdır ki, "Terek" komandasının məşqlərini Bakıda anadan olmuş Vitali Şevçenko aparır.

Xəbər lenti

Xəbər lenti