İyunun 23-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət heyətinin növbəti iclasında VK-ya üzv olmaq istəyən 9 lisenziyalı hüquqşünasın sənədi müzakirə edilmək üçün qəbul olunub. Bu barədə Trend ə VK-nın sədr müavini Fərhad Nəcəfov məlumat verib.
"VK-ya üzvlük üçün ümumilikdə 254 sənəd təqdim olunub, bu sənədlərə hissə-hissə baxılacaq" - deyə F.Nəcəfov bildirib.
Həmçinin 1 saylı hüquq məsləhətxanasının işçilərinə və VK-nın qocaman vəkillərinə xüsusi geyimlər təqdim edilib.
Növbəti həftə 2 saylı hüquq məsləhətxanasının vəkilləri də eyni geyimlə təmin olunacaqlar.