...

Bu günə qədər Dövlət komissiyasına 4167 abituriyent ərizəsi daxil olub

Cəmiyyət Materials 30 İyun 2006 12:40 (UTC +04:00)

Bu günə qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmaq istəyən abituriyentlərdən 4167 ərizə daxil olub. Bu barədə Trend ə TQDK-dan bildiriblər.

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmiş abituriyentlərin sənədləri iyunun 25-dən 30-a qədər qəbul olunacaq. Bu müddət ərzində abituriyentlər seçdikləri ixtisasın aid olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməli, həmçinin qabiliyyət imtahanı verəcəkləri komissiyanın ünvanını və imtahan cədvəlini almalıdırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmiş abituriyentlər iyunun 28-dən iyulun 8-ə qədər cədvələ uyğun olaraq qabiliyyət imtahanı verməlidirlər.

Xəbər lenti

Xəbər lenti