...

Ombudsmanın müdaxiləsindən sonra məktəb direktoru vəzifəsindən uzaqlaşdırılıb

Cəmiyyət Materials 1 İyul 2006 14:05 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili Zaqatala rayonu 5 saylı məktəbin bir qrup müəlliminin pozulmuş hüquqlarını bərpa edib. Ölkənin ombudsman aparatından Trend ə verilən məlumata görə, məktəbin bir qrup müəllimi onlara qarşı qanunsuz hərəkət etmiş, işçilərin əmək haqlarını tam verməmiş, onların şərəf və ləyaqətini alçaltmış direktordan şikayətlə ombudsmana müraciət edib.

Ombudsmanın Təhsil Nazirliyinə müraciəti əsasında bu faktları aşkar etmək və ölçü götürmək tapşırılıb. Nəticədə həmin faktlar təsdiqlənib və məktəb direktoru Zaqatala rayon təhsil şöbəsinin əmri ilə vəzifəsindən azad edilib.

Xəbər lenti

Xəbər lenti