...

Hacı Məmmədov və dəstəsinin işi üzrə məhkəmə iclası iyulun 20-ə təyin olundu

Cəmiyyət Materials 6 İyul 2006 17:51 (UTC +04:00)

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hacı Məmmədov və onun dəstəsindən olan 25 nəfərin işi üzrə məhkəmə iclası iyulun 20-ə təyin olundu. Trend in məlumatına görə, bu barədə qərarı iyulun 6-da keçirilən məhkəməyə hazırlıq iclasında hakim Əli Seyfəliyev elan edib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədr müavini Əli Seyfəliyev hazırlıq iclasında zərərçəkənlərin və təqsirləndirilən şəxslərin vəkillərinin vəsatətini təmin etməyib. Hakim yalnız

general Zakir Nəsirovun vəkili Adil İsmayılovun vəsatətinin təmin olunmasına dair qərar çıxarıb. Vəkil Adil İsmayılov "Qara kəmər" əməliyyatının lentə alınmış videokasetinin məhkəmə iclasında nümayiş etdirilməsinə dair vəsatət qaldırmışdı. Hakim həmçinin məhkəmə baxışını iyulun 20-si saat 11.00-a təyin edib.

Qeyd edək ki, artıq üç gün idi, Hacı Məmmədovun dəstəsinin cinayət işləri ilə bağlı məhkəməyə hazırlıq iclasları keçirilirdi.

Xəbər lenti

Xəbər lenti