...

Peşəkar boksçu Əli İsmayılov yeni reytinq döyüşünə hazırlaşır

Cəmiyyət Materials 7 İyul 2006 10:52 (UTC +04:00)

Azərbaycanlı boksçu Əli İsmayılov peşəkar rinqdə növbəti reytinq döyüşünə hazırlaşır.

İdmançının özünün Trend ə verdiyi məlumata görə, yaxın vaxtlarda o, isveçrəli rəqibi ilə görüşməlidir. Daha sonra isə Vadim Tokaryovla revanş oyununa ümid edir. "Skandinaviyalı boksçu ilə görüşün vaxtı hələ dəqiqləşdirilir. Buna görə də hazırda mən məşqlərə davam edirəm. Ümid edirəm ki, qarşıdakı görüşdən sonra fevralda Kazanda məğlub olduğum rusiyalı boksçu ilə yenə də qarşılaşa biləcəyəm", - deyə Əli vurğulayıb.

Qarşıdakı sparrinqə gəlincə, o qeyd edib ki, isveçrəli dəri əlcək ustası ilə görüş kifayət qədər maraqlı olacaq. Qeyd edək ki, indiyədək Əli peşəkar rinqdə yalnız MDB ölkələrindən olan idmançılarla görüşüb.

Xəbər lenti

Xəbər lenti