...

Azərbaycan boksçuları Avropa çempionatına optimal formada yanaşırlar

Cəmiyyət Materials 10 İyul 2006 15:03 (UTC +04:00)

"Boksçular Avropa çempionatına optimal formada yanaşırlar". Bu barədə Trend ə Plovdivdə keçiriləcək yarış ərəfəsində öz yetirmələrininin vəziyyətini şərh edən milli yığmanın baş məşqçisi Məmməd Eyvazov xəbər verib.

Onun sözlərinə görə, dəri əlcək ustalarının əldə etdikləri nailiyyətlər, bu yaxınlarda keçirilən sınaqların göstərdiyi kimi, optimal sayılır. "Bir ay ərzində biz fiziki kondisiyaların möhkəmlənməsinə və texniki-taktiki aspektlərin cilalanmasına yönəldilmiş təlim -məşq hazırlıqları keçirdik. Komandanın hazırlığında yeni cərəyan yaradan Gürcüstan boksçuları da bizimlə bir yerdə məşq edirdilər. İdmançılar onlar üçün yeni olan rəqiblərlə sparrinq keçirmək imkanı əldə etdilər", - deyə M.Eyvazov bildirib.

Xəbər lenti

Xəbər lenti