...

Azərbaycanlı cüdoçular veteranlar arasında dünya çempionatında fərqlənib

Cəmiyyət Materials 10 İyul 2006 16:26 (UTC +04:00)

Azərbaycanlı cüdoçu Fərhad Rəcəbli Fransada başa çatmış veteranlar arasında dünya çempionatında qızıl mükafatın sahibi olub.

Trend in xəbər verdiyi kimi, pəhləvan 90 kq çəki dərəcəsində qələbə qazanıb. Azər Əsgərov (100 kq) da uğurla çıxış etsə də mundialın yarımfinalında uduzaraq bürünc mükafata layiq görülüb.

Cüdoçularımız komandalararası yarışlarda da iştirak edib. Ancaq onlar tam tərkibdə çıxış etmədiyindən F.Rəcəbli və A.Əsgərov legionerlər qismində Rusiya yığmasının tərkibinə daxil olub. A.Əsgərov ikinci heyətin tərkibində "qızıl" medal qazanıb. Birinci yığmada çıxış edən F.Rəcəbli isə "gümüş" mükafata layiq görülüb.

Qeyd etmək lazımdır ki, çempionatda 49 dövlətdən 1200 atlet iştirak edib.

Xəbər lenti

Xəbər lenti