...

Teleradio Şurası Xaçmaz rayonu ərazisinə yayımlanacaq yeni "RTV" kanalına lisenziya verib

Cəmiyyət Materials 11 İyul 2006 18:20 (UTC +04:00)

İyulun 11-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Bu barədə Trend ə Teleradio Şurasından məlumat verilib.

İclasda fəaliyyəti Milli Televiziya və Radio Şurasının 25 may 2006-cı il tarixli qərarı ilə dayandırılmış "Xaçmaz TV"-nin yayımlandığı 43-cü kanalı tutmaq üçün elan olunmuş müsabiqənin yekunları nəzərdən keçirilib. Müsabiqədə iki hüquqi şəxs - "RTV" MMC və "Ümid-Z" MMC iştirak ediblər. Şuranın qərarı ilə 43-cü kanalla Xaçmaz rayonu ərazisində televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün "RTV" MMC-yə 6 il müddətə xüsusi razılıq - lisenziya verilib.

Xəbər lenti

Xəbər lenti