...

Nazir müavini Ə.Vəliyev: "Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün bir neçə ölkə ilə danışıqlar aparılır"

Cəmiyyət Materials 13 İyul 2006 12:32 (UTC +04:00)

Bu il bir neçə ölkədə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev məlumat verib.

O bildirib ki, hazırda Nazirlik tərəfindən Birləşmiş Ərəb Əmirliyi, Moldava, Kanada, Amerika, Belarus dövlətləri ilə danışıqlar aparılır. Nazir müavininin sözlərinə görə, Azərbaycan günləri bu ölkələrdən birində və ya bir neçəsində keçiriləcək. Bu məsələlər sentyabr ayının əvvəllərində bəlli olacaq. Ə.Vəliyev qeyd edib ki, Azərbaycan mədəniyyəti günləri oktyabr, noyabr və dekabr aylarında keçiriləcək.

Azərbaycanda isə bu il Rusiya mədəniyyəti günləri keçirilir və ilin sonunadək davam edəcək.

Xəbər lenti

Xəbər lenti