...

İtaliya yığmasının müdafiəçisi Marko Materassi Zidanın bacısını təhqir etdiyini inkar etmir

Cəmiyyət Materials 13 İyul 2006 18:00 (UTC +04:00)

İtaliya yığmasının müdafiəçisi Marko Materassi futbol üzrə dünya çempionatının final oyunu zamanı Fransa komandasının kapitanı Zinəddin Zidanın bacısını təhqir etdiyini inkar etmir. Buna görə Zinəddin Zidan başı ilə onun sinəsinə vurub. O, bunu Corriere della Sera qəzetinə verdiyi müsahibəsində etiraf edib.

Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, onun sözlərinin irqi təhqir edib etməməsi barədə suala Materassi cavab verib: "Mən dinə, siyasətə və ya irqçiliyə aid heç bir söz söyləməmişəm. Mən onun anasını təhqir etməmişəm. Mənimlə tanış olan hər kəs bilir ki, mən indiyədək gözümdə yaş olmadan ana haqqında danışa bilmirəm. 15 yaşım olanda anamı itirmişəm və indiyədək yaram açıqdır. Mən heç vaxt kiminsə anasını söyərək, onu təhqir etməmişəm".

İtaliya qəzetinin müxbiri soruşub: "O zaman, müvafiq olaraq, bacısını təhqir etmisiniz?" "Əgər biz istisna etmə metodundan istifadə etsək, belə çıxır", - deyə futbolçu cavab verib.

"Mən Zidanın anasının xəstəxanada olduğunu bilmirdim, onun tez bir zamanda sağalmağını arzu edirəm", - deyə Materassi etiraf edib. O həmçinin hesab edir ki, Zidanın anasının intiqam arzusunu "tam anlamaq olar, çünki o, qəzetlərdə hər cür yalan iftiralara rast gəlir".

"Zidan mənim nəyi dediyimi və nəyi demədiyimi bilir. Mən ona çox dəyər verirəm, onun futbol meydanında etdiklərinə görə ona hörmət bəsləyirəm", - deyə İtaliya müdafiəçisi bildirib.

O bildirib ki, Zidanın baş zərbəsini gözləmirdi, "çünki dünyada heç kim bunu Zidandan gözləmirdi". "Mən elə bildim ki, o, mənə cavab vermək istəyir, yoxsa mən onun zərbəsinə cavab verərdim və bizim ikimizi də meydandan çıxarardılar", - deyə Materassi qeyd edib.

İtaliyalı hesab edir ki, başlanmış inzibati təhqiqat nəticəsində Zidandan mükafatı - bu çempionatın ən yaxşı futbolçusu adını almaq ədalətsizlik olar: "O, futbolda etdiklərinə görə tam doğru şəkildə bu mükafatı alıb, onu bir epizoda görə ittiham etmək olmaz. Və bunu bir-iki epizod sayəsində hamının əclaf və davakar kimi tanıdığı bir şəxs deyir".

Materassiyə vurduğu zərbəyə görə, Zidan İtaliya -Fransa final oyununun 110-cu dəqiqəsində meydandan kənarlaşdırılıb. Fransızlar, kapitansız qalaraq, oyundan sonrakı penaltilərdə (3:5) italyanlardan geridə qaldılar.

Xəbər lenti

Xəbər lenti