...

Azərbaycanlı boksçular Avropa Çempionatında çıxışa uğurla başlayıb

Cəmiyyət Materials 15 İyul 2006 11:41 (UTC +04:00)

Azərbaycanın boks yığması Plovdivdə keçirilən Avropa Çempionatında çıxışına uğurla başlayıb.

Trend in xəbər verdiyi kimi, birinci döyüşdə Emil Məhərrəmov (64 kq) slovakiyalı boksçu Pavel Xvalaçke üzərində qələbə qazanıb. Medal uğrunda mübarizəyə uğurla başlamış yerli dəri əlcək ustamızın aşkar üstünlüyü ilə əlaqədar döyüş ikinci raundda dayandırılıb. Dünya çempionatının gümüş mükafatçısı, 91 kq çəki dərəcəsində favorit hesab olunan Elçin Əlizadə də yarışa uğurla başlayıb. Debüt görüşündə o, rinq sahibi Plamenn Nedlyakovu məğlub edərək (30:15) növbəti raunda çıxıb.

Ayın 15-də qitə birinciliyi uğrunda mübarizəyə digər boksçularımız da qoşulacaq.

Xəbər lenti

Xəbər lenti