...

BMT ÜƏP Azərbaycan məktəbliləri üçün ərzaq yardımı proqramının reallaşdırılmasını genişləndirəcək

Cəmiyyət Materials 17 İyul 2006 13:17 (UTC +04:00)

BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbərliyi "Təhsil üzrə ərzaq proqramı" çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Azərbaycan Təhsil Nazirliyindən Trend ə verilən xəbərə görə, bu əməkdaşlığın perspektivləri bu günlərdə ölkənin təhsil naziri Misir Mərdanovun təşkilatın Azərbaycandakı nümayəndəsi Rəhman Çodri və proqram mütəxəssisi Karina Smitlə görüşündə müzakirə edilib.

R.Çodrinin sözlərinə görə, hazırda proqram ölkənin 98 məktəbində 5300 ibtidai sinif şagirdini əhatə edir. Təşkilat məktəblərin sayını 700-ə, şagirdlərin sayını isə 60 minə qədər artırmağı planlaşdırıb. ÜƏP həmçinin proqramın həyata keçirildiyi məktəblərdə monitorinq sistemini təşkil etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti