...

Azərbaycan boksçusu Rəhim Nəcəfov Avropa çempionatının dörddə bir finalına çıxıb

Cəmiyyət Materials 18 İyul 2006 20:22 (UTC +04:00)

Azərbaycan boksçusu Rəhim Nəcəfov hazırda Plovdində keçirilən Avropa çempionatının dörddə bir finalına çıxıb.

Trend agentliyinin məlumatına əsasən, 54 kq çəki dərəcəsində çıxış edən qitə birinciliyinin debyutantı ingilis Cozef Morreyi məğlub edib. Hesab 29:17 olub. Növbəti oyunda R.Nəcəfov Əli Hallab (Fransa) - Detelin Dalaktiyev (Bolqarıstan) çütlüyünün qalibi ilə görüşəcək.

Bu arada, iyulun 18-də Bolqarıstan rinqinə dörddə bir finalda mübarizə aparacaq daha iki Azərbaycan boksçusu çıxacaq.

Qeyd edək ki, əvvəllər Elçin Adizadə (91 kq) və Ceyhun Abıyev (48 kq) ən güclü səkkizlik arasına çıxmışdır.

Xəbər lenti

Xəbər lenti