...

Hökumət Bakıda və Abşeron rayonunda məktəblərin inşası proqramının gerçəkləşdirilməsi üçün əlavə vəsait ayıracaq

Cəmiyyət Materials 19 İyul 2006 13:37 (UTC +04:00)

Azərbaycan hökuməti Bakıda və Abşeron rayonunda məktəblərin inşası proqramının gerçəkləşdirilməsi üçün əlavə vəsait ayıracaq.

Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

2006-cı ildə hökumət proqramın həyata keçirilməsi üçün təxminən $2,2 mln vəsait ayırıb. Bu üç illik proqramın gerçəkləşdirilməsi nəticəsində Bakıda və Abşeron rayonunda 12 880 yerlik 148 yeni məktəb tikiləcək.

9004 yerlik 10 məktəb Bakıda, 3876 yerlik 8 məktəb isə Abşeronda inşa ediləcək. Bütövlükdə proqramın gerçəkləşdirilməsinə təxminən $7 mln tələb olunur.

Bundan başqa, Bakıda 39 380 yerlik 65 məktəb üçün əlavə korpusların tikilməsi planlaşdırılır. 2006-2008-ci illərdə Bakıda Səudiyyə İnkişaf Fondunun vəsaiti hesabına daha 5 məktəbin inşası nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti