...

Hakimliyə sənəd qəbulu iyulun 31-də başa çatacaq

Cəmiyyət Materials 20 İyul 2006 17:00 (UTC +04:00)

İyulun 31-də hakimliyə sənəd qəbulu başa çatacaq. Trend in xəbərinə görə, bu qərar Hakimlərin Seçki Komitəsinin iyulun 20-də keçirilən iclasında çıxarılıb.

İclasda ilkin uzunmüddətli tədris kursuna cəlb edilmiş hakimliyə namizədlərlə kursun nəticələri, yekun imtahanlara və müşahidəyə hazırlıq, habelə yenidən sənəd verən hakimliyə namizədlərlə bağlı təşkilati məsələlər müzakirə edilib.

İlkin tədris kursunun müvəffəqiyyətlə başa çatması iclasda vurğulanaraq onun nəticələri üzrə namizədlərlə şəffaf şəraitdə, müşahidəçilərin iştirakı ilə imtahanların və yekun müsabiqənin keçirilməsi məsələləri də müzakirə olunub.

Eyni zamanda hakimliyə namizədlərə kömək məqsədilə hazırlanmış "Hakim vəzifəsinə namizədin Yaddaş Kitabçası" iclas iştirakçılarına təqdim olunub.

İclasda hakimliyə namizədlərlə test imtahanlarının beynəlxalq standartlara uyğun, tam şəffaf şəraitdə keçirilməsi üzrə təşkilati tədbirlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti