Son 5 il ərzində Azərbaycanda tikilən turizm obyektlərinin sayı Ermənistan və Gürcüstandakıların cəminə bərabərdir. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən xəbər veriblər.
Nazirlikdə qeyd ediblər ki, 2001-2005-ci illər ərzində Azərbaycanda 111 turizm obyekti tikilib, yalnız ötən il ölkədə təxminən 20 obyekt tikilib və istismara verilib, daha 9 obyekt isə ilin əvvəlindən istismara verilib.